Ukrayna hava hücumundan müdafiəyə başlayandan bəri 55 rus təyyarəsini vurub. Baki-xeber.com "9 news" kanalına istinadən bildirir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Avropa komandanı məlumat verib. General Ceyms Heker məlumat verib ki, Rusiya heç vaxt Ukrayna üzərində hava üstünlüyü qazanmayıb. Kreml Ukraynanın sovet dövründən qalma hava hücumundan müdafiə silahlarından xəbərdar idi. Lakin Rusiya bu silahları məhv edə bilmədi.
Ukrayna qüvvələri həmçinin ABŞ tərəfindən alçaqdan uçan təyyarələri vurmaq üçün sadə zenit sistemləri ilə təchiz olunub. Nəticədə Rusiya təyyarələri nadir hallarda Ukraynanın dərinliklərinə uçurlar. General C.Heker belə deyib.
Ceyhun MİRZƏLİ