Türkiyə prezidenti R.T.Ərdoğan Ukraynanın ərazilərini azad edəcəyini bildirib. Baki-xeber.com "DW News"-a istinadən bildirir ki, Türkiyə lideri ABŞ-ın "PBS" kanalına verdiyi müsahibəsində Kiyevin ərazilərindən güzəştə getməyəcəyini bəyan edib: "Ukraynada sülh bərqərar olunarsa torpaqların qaytarılması vacib olacaq. Gözlənilən və onların istəyi budur. R.T.Ərdoğan həmçinin V.Putinlə 2014-cü ildə danışıqlar apardığını xatırladıb. O Putinə Krımı qanuni sahiblərinə qaytarılmalı olduğunu bildirib. Prezident türksoylu Krım tatrlarını da unutmayaraq onlaraa dəstək verməyin vacib olduğunu bildirib. Səmərqənddə Putinlə təmasından bəhs edən Ərdoğan danışıqları belə qiymətləndirib: "Biz Özbəksitanda geniş müzakirələr apardıq. O məni başa saldı ki, tez bir zamanda müharibəyə son qoymaq lazımdır Məndə təəssürat yarandı ki, vəziyyət kifayət qədər ağırdı". Türkiyə lideri həmçinin Kiyevlə Moskvanın 200 məhbus mübadiləsiylə bağlı razılığa gəldiyini bildirib.
Ceyhun MİRZƏLİ