Madrid sammitinin nəticələrinin müzakirəsi üçün NATO Hərbi Komitəsi Estoniyada tolaşıb. Baki-Xeber.com "ERR News"-a istinadən bildirir ki, paytaxt Tallində keçirilən iclasda Rob Bauer deyib "Şübhəsizdir ki, qlobal təhlükəsizlik üçün yeni dövr başlayıb. Aydındır ki , bu münaqişə Ukraynadan daha böyükdür. Beynəlxalq qaydalarla formalaşan dünya nizamı hücuma məruz qalır. Onu qorumaq məsuliyyəti azad, demokratik xalqlarların öhdəsinə düşür". Finlandiyayla İsveçin müdafiə qüvvələrinin rəhbərləri ilk dəfə bu toplantıya qatılıblar. R.Bauer hesab edir ki, bu ölkələrin NATO-da olması Baltik dənizində təhlükəsizliyi gücləndirərək alyansı daha genişləndirəcək.
Eyni zamanda Estoniya müdafiə qüvvələrinin rəhbəri Martin Herem bildirib ki, Ukraynaya dəstək vermək başlıca vəzifədir. Komandanın fikrincə müharibədə durumun dəyişməsi Ukrayna üçün faydalıdır.
Ceyhun MİRZƏLİ