Müğənni Alla Puqaçovanın əri Mixail Qalkinin adı xarici agent siyahısına daxil edilib. Baki-xeber.com "Euronews" a istinadən bildirir ki, Mixail Qalkin Rusiyanın Ukraynaya təcavüzü başlayan kimi bu müharibəyə sərt şəkildə qarşı çıxıb. Ailə martın əvvələrində Rusiyanı tərk edərək İsrailə gedib. Rusiya ədliyyə nazirliyi M.Qalkini agent siyahsıya salmaqla ona təzyiq etmək istəyir. Ədliyyə nazirliyinin iddiasına görə M.Qalkin Ukraynadan maliyyə alaraq bu ölkəyə casusluq edir. Bu baxımdan A.Puqaçova ərinə dəstək verməyi özünə borc bilir. Məşhur müğənni bəyan edib ki, onu da bu siyahıya daxil etsinlər.Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə xaricdən maliyyə dastəyi alanlar kənar dövlətlərin casusu hesab oluna bilər.
Ceyhun MİRZƏLİ