ABŞ prezidenti C.Bayden Çinin Tayvana hücum edəcəyi təqdirdə onları müdafiə edəcəklərini söyləyib. Baki-xeber.com "Sky News"-a istinadən bildirir ki, Ukraynadan fərqli olaraq Tayvanın müdafiəsi ABŞ üçün daha vacibdi. C.Bayden Tayvana kömək üçün raket yardımlar edir. ABŞ prezidentinin bu açıqlamaları rəsmi Pekini qəzəbləndirib. Çinli diplomatların fikrincə Tayvanla bağlı çıxışlar Pekin-Vaşiqnton barışığına mane olur. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq bu gün açıqlama verib: "Bu çıxış Tayvandakı müstəqillik qüvvələrinə səhv mesaj verir. Çin bununla bağlı kəskin etirazını və narazılığını bildirir". Lakin C.Bayden çıxışı zamanı Tayvanın müstəqilliyi məsələsinin onlar üçün aktual olmadığını bildirib. Sentaybrın 14-də ABŞ Senatı Tayvana hərbi yardım göstərməyi təsdiqləyib. Bu dörd il ərzində adaya 4.5 milyard dollar yardımın ayrılması deməkdir. Sentaybr 15-də Çin lideri Sin Tsinpin adaya dünyanın heç bir ölkəsinin hakim kimi yanaşa bilməyəcəyinə dair xəbərdarlıq edib.
Ceyhun MİRZƏLİ