Qırğıztan-Tacikistan sərhəddində son toqquşmalarda 84 nəfər həlak olub. Baki-xeber.com "Qazeta Uz"-a istinadən məlumat verir ki,sentaybrın 19-da ölkədə buna görə matəm elan olunub. Tacikistan tərəfi isə Qırğızstanı mülki yerlərə atəş açmaqda ittiham edir. Tacikistan Xarici İşlər Nazirliyinin bəyənatında bu iddialar yer alıb. Uşaqların da həlak olduğu bildirilir. Taciksitan tərəfi ölkə başçısının çıxışını da tənqid edərək bunun dostluğa zərər vurduğunu bəyan edib. Rəsmi Bişkek də tacik tərəfinin iddialarına cavab verib. Qırğızıstan qonşu dövləti sərhəddə vəziyyəti gərginləşdirməkdə, perspektivsiz müdaxilələr etməkdə ittiham edib. Bişkek özünü müdafiə etdiyini bir daha bəyan edib.
Ceyhun MİRZƏLİ