Məlum olduğu kimi Ukrayna ordusu Xarkov istiqamətində də irəliləyir. Baki-xeber.com "RBK Ukrayna" ya istinadən məlumat verir ki, Rusiyayla sərhəddəki bu şəhərin azad edilməyə başlaması Moskvanı bir neçə istiqamətdə hücuma keçməyinə səbəb ola bilər. Xarkovun itirilməsi ruslar üçün cəbhə xəttinin ciddi dərəcədə azalması deməkdir. Ukraynalı polkovnik Konstantin Maşovets bildirib: "Ruslar cəbhə xəttini qısaltmaqla, öz döyüş birləşmələrini sıxlaşdıra biləcəklər, İndi Xarkovda, qismən də Donetskdə böyük qüvvələr saxlamağa məcbur olmayacaqlar. Buna görə də işçi qüvvəsini, texnikanı başqa səmtlərə yönəldəcəklər".
Ukrayna rəsmiləri artıq belə düşünür ki, rusların maddi-texniki bazası məhv olmağa başlayıb. Ukrayan ordusu bu prosesi davam etdirəcək. Rusiya indi Donetsk istiqamətində qüvvələrini gücləndirə bilər. Nəzəri olaraq belə görünür. Bu baxımdan onlar Xarkovdan qaçmağa haqq qazandırmağa başlayıblar. Xerson istiqamətində qoşunların gücləndirilməsinə gəldikdə isə vəziyyət burada fərqlidi. Siyasi şərhçi Mixail Samusun fikrincə bu mənasızdır. “Çünki rus qoşunları Xersonda artıq çıxılmaz vəziyyətə düşüblər”.
Rusiyada ümumi səfərbərliyin elan olunması da çətin görünür. Bununla ilk növbədə Moskva öz zəifliyini nümayiş etdirəcək. İkincisi kasıb bölgələrdə bu etirazlara səbəb ola bilər. Üçüncüsü isə müharibədə iştirak edənlərə maddi yardımın edilməməsi problemi var. Bu baxımdan Rusiya vətəndaşları müharibəni kənardan izləməyə üstünlük verirlər.
Ceyhun MİRZƏLİ