Paşinyan Rusiyanı açıq-aşkar ABŞ-a satdı – İrəvandakı bütün rusiyayönlü reklamlar yığışdırıldı, Putinin portreti təhqir edildi, rus bayrağına qadağa qoyuldu

img

Xəbər verildiyi kimi, bir müddət əvvəl Tayvana təxribatçı səfəri ilə ABŞ-la Çini üz-üzə qoyan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfər edib.

Pelosinin səfəri fonunda erməni cəmiyyətində anti-Rusiya ovqatı kəskin şəkildə güclənib. Belə ki, Paşinyan hakimiyyəti Pelosiyə xoş gəlmək üçün şəhərdəki bütün rusiyayönlü reklam lövhələri yığışdırmağı tapçırıb. Rusiya mətbuatı yazır ki, Pelosinin İrəvana səfərindən əvvəl Ermənistan hakimiyyətinin göstərişi ilə hava limanı üzərindəki yolda rusiyayönlü reklam lövhələri yığışdırılıb. Xüsusən də Rusiya prezidenti Vladimir Putinin üzərində “Əbədi birlikdə” yazısı olan şəkli çıxarılıb. Ermənilər həmin reklam lövhəsinin üzərinə boşboğazlıq sözü yazıblar.

Pelosinin marşrutu boyunca Rusiya bayraqlarının görünməsinə də açıq şəkildə qadağa qoyulub.

Ermənistan hakimiyyəti guya Rusiya təcavüzündən əziyyət çəkən Ukraynanı dəstəklədikləri görüntüsü yaratmağa çalışıblar. Ermənilər İrəvanın küçə və meydanlarına Pelosini qarşılamaq üçün Ermənistan, ABŞ və Ukrayna bayraqları ilə çıxıblar.

Pelosinin səfəri erməni cəmiyyətində və hətta hakimiyyətində anti-Rusiya əhval-ruhiyyəsini açıq və güclü şəkildə şəkildə ortaya qoydu.

Ekspertlər bu səfəri Moskvaya siqnal kimi də qiymətləndirirlər.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər