Rusiya Ukraynada məğlub olduqca hərbçilərin hansı addımlar atacağı müzakirə olunur. Baki-xeber.com ”ERR News”a istinadən bildirir ki, bu barədə rus politoloqu Vladimir Juskin danışıb: “Şans üçün iki mümkün yol var. Artıq rus generalları Ukrayndakı məğlubiyyətin günah keçisini axtarmağa başlayıblar. Baş verənlər generalların rifahına da təsir edib. Buna görə də artıq narazlıqlarını bildirirlər.Politoloq Rusiyada dəyişikliklərin gözlənilmədən baş verməsini xatırladıb. Rusiyada hər hadisə özünəməxsus sakitliklə baş verir. Üsyan adətən xalq çörək tapmayanda və yaxud ordu irəliləməkdən imtina etdiyi vaxt baş verə bilər.
V.Jaskinin fikrincə rus elitası heç vaxt xalqa yol göstərə bilməyib. Elita və xalq həmişə başqa həyatları yaşayıb. Xalqın minimal şəraitdə yaşaması təmin edilib. Bu həmişə belə olub, olacaq da. Rusiyanın rus dünyası adlanan imperiya ambisiyasına münasibət bildirnən politoloqun fikrincə ‘Nə qədər ki Putin hakimiyyəti var. Bu düşüncə sıradan çıxmayacaq. İmperiya şüurunun yoxa çıxması rejimin sonu demək olacaq”. V.Jaskin Artur Toybniyə əsaslanaraq deyib ki, biz daha 30-40 ildə gözləməliyik ki, yeni nəslin gen yaddaşında imperiya arzusu çıxmış olsun.
Ceyhun MİRZƏLİ