Ukrayanın azad etdiyi İzyum şəhərində kütləvi qəbrstanlıq aşkar edilib. Baki-xeber. Com “BBC News”-a istinadən məlumat verir ki,Ukrayna ordusu şəhərdə irəlilədikcə meşə qıraqlarına kütləvi xaçlar basdırıldığının şahidi olub. Bölgənin regional polis idarəsindən bildirilib ki,məzarlıqda təxminən 400 nəfər dəfn edilib. İzyum müharibənin başlanğıcında işğal edilmiş şəhərlərdən biri idi. Rusiya qüvvələri bu şəhərdən öz ordusunu şərqdən təmini üçün istifadə edirdi. Belə güman edilir ki, dəfn edilən şəxslər kütləvi gülləbaran nəticəsində həlak olub. Artıq Ukrayna prezidenti Volodimir Zelenskinin tapşırığı ilə cinayət barədə prosseual hərəkətlər başlayıb. “Biz istəyirik ki, dünya Rusiya işğalının nələr etdiyini görsün. Mariopul, Buça və indi də təssüf ki İzyum. Rusiya hər yerə ölüm aparıb”. Prezident belə deyib. Həmçinin Ukrayna Prezident ofisinin rəhbəri A. Yermak yeni aşkarlanan qətliam haqqında ətraflı məlumat veriləcəyini bildirib
Ceyhun MİRZƏLİ