Qırğıztan –Taciksitan sərhəddində növbəti silahlı toqquşma olub. Baki-xeber.com “ERR News”a istinadən bildirir ki rəsmi Bişkek bu haqda məlumat verib.
Qırğızstan Milli Təhlükəsizlik Dövlət Komitəsi verdiyi açıqlamada bildirib ki,Sərhəd boyu bütün perimetri boyu döyüşlər davam edir. Hər iki tərəf bir-birini ittiham edir. “Reuters”in bildirdiyinə görə son toqquşmalarda 3 nəfər həlak olub 27 nəfər yaralanıb. Hər iki ölkədə Rusiya hərbi bazaları var. Bu baxımdan rəsmi Moskva toqquşmaları dayandırmağa çağırıb. Tacikistanın Qırğızstanla sərhəddində iki kiçik anklavı var. Baş verən toqquşmalar bu bəhanə səbəbilə baş verir. Tacikistan tərəfi qırğız qüvvələrinin mülki şəxslərə atəş açıb hücum etdyi iddia edib. Onlar rəsmi Bişkekə atəşkəs təklifini etdiklərini desələr də müraciətlərinə müsbət cavab ala bilməyiblər. Tacik rəsmiləri evlərə qırğız əskərləriinn basqın etdiklərini iddia edən rəsmi açıqlama veriblər. Qeyd edək ki,hər iki ölkənin sərhəddi 980 kilometrdi. Mürəkkəb reylefə məxsus sərhədlərlə bağlı 2002-ci ildən danışıqlar getsə də hələ müsbət nəticə əldə olunmayıb. Təxminən sərhədlərin 30 faizi mübahisəli ərazi kimi qalır. Bu da vaxtaşırı toqquşmalara səbəb olur.
Ceyhun MİRZƏLİ