Türkiyənin beş iri bankı Rusiyanın “Mir” ödəmə sisteminə qoşulub. Baki-xeber.com “Unian” a istinadən bildirir ki bu sistemə qoşulma Avropa İttifaqının narahatlığına səbəb olub. Bu baxımdan ABŞ və Avropa İttifaqı bank sistemi məsələsində Türkiyəyə təzyqi etmək istəyirlər. The “Financial Times” bu narahatlıqları araşdırıb. Nəşrin yazdığına görə Brüssel belə bəyan edib: “Biz siqnal göndərəcəyik ki, üçüncü ölkələr Mir sisteminə qoşulmasınlar.Çünki bu Rusiyanın sanksiyalardan yayındırır”. “RBC Ukrayna”nın iddiasına görə isə türk müştərilər Mir sistemindən istifadə etdikcə proplemlə üzləşə bilərlər. Rusiyanın sanksiya tətbiq edilmiş banklarının filallarıyla edilən ödənişlər türk müştərisi üçün uyğun deyil. Göründüyü kimi Avropa dövlətləri bu dəfə Rusiya bəhanəsiylə Türkiyəyə müdaxilə etməyə çalışırlar. Son zamanlar Yunanıstan-Türkiyə böhranı Avrozonada narahatlıq yaradır. Bu baxımdan ən effektli yol Türkiyəni maliyyə məsələlərində həssas məqamında çətinliklə üz-üzə qoymaqdır.
Ceyhun MİRZƏLİ