Suriya höküməti 11 illk qaynar proseslərdən sonra yenidən genişmiqyaslı müharibəyə başlaya bilər. Baki-xeber.com “The National” a istinadən bildirir ki, bu barədə BMT-nin Suriya komissiyasının sədri Paula Sergio Pinşeriyo məlumat verib. Komisiyya sədrinin fikrincə Suriyanın iri miqyaslı müharibəyə girməsinə imkan vermək olmaz. Lakin proseslər ona doğru gedir. İran və Rusiyanın Suriyanın 70 faiz ərazisinə nəzarəti alandan, ABŞ-ın İŞİD-lə döyüşən kürd yaraqlılarına köməyindən sonra bu ölkədə müharibənin bitməsi gözlənilirdi. Amma Suriya hökümətinin fəallaşması savaşın bitməsinin qarşısını alır. Suriyada müxaliflərin nəzarətində olan ərazilər Rusiya qüvvələri tərəfindən vurulub. Bu zərbələrin sayı artmaqdadır. BMT-nin açıqlamasında həmçinin bildirilib ki,Suriyaya gedən humanitar yardım ölkəyə gedib çıxa bilməyib. Belə görünür ki, ABŞ-ın Suriyayla bağlı planları getdikcə suya düşməkdədir. Moskva və Tehranın B.Əsədə yardımı onun hökümətini daha da gücləndirir. B.Əsədin hakimiyyətdən getməsini bir qədər də uzadır.
Ceyhun MİRZƏLİ