Özbəkistanda keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı”nın sammitində V.Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb. Baki-xeber.com “İzvestia“ya istinadən məlumat verir ki, V.Putin Moskva və Tehranın beynəlxalq məsələlərdə mövqelərinin üst-üstə düşməsindən bəhs edib. Eyni zamanda İran prezidenti də Rusiyayla xüsusən texnoloji məsələrdə münasibətlərin inkişafından bəhs edib. V.Putin Qərb ölkələrini də yaddan çıxarmayıb. Sanksiya məsələsində onların sözlərinə əməl etdiyini bildirib. Eyni zamanda Rusiya lideri ABŞ və Avropanı qeyri-sabitlik yaratmaqda ittiham edib. Qeyd edək ki,bir neçə avxtdır ki, Qərb kəşfiyyat dairələri İranı Ukrayn müharibəsində Rusiyaya dəstək verməkdə ittiham edir. Putinin İran lideriylə birgə Qərbə ittiham səsləndirməsini bu baxımdan təsadüfi hesab etmək olmaz.
Ceyhun MİRZƏLİ