Sentyabrın 16-da keçiriləcək ŞƏT sammiti diqqətləri özünə cəmləyib. Baki-xeber.com “CNN”-ə istinadən bildirir ki V.Putin Çin rəhbəri Si Tsinpinlə Ukraynadakı durum müzakirə edəcək. Qeyd edək ki V.Putinin Çin lideriylə görüşündən 3 həftə sonra Ukraynaya hücumu başladı. Savaşdan öncə Çinlə Rusiya liderlərinin görüşündə yeni dövrün başlanmasını təntənə ilə qeyd edirdilər. Pekinlə Moskva özlərinin liderliyi ilə yeni dünya düzəni dövrünü başlatdıqlarını bəyan etdilər. Lakin Ukrayna savaşı vəziyyəti tamam dəyişib. Putin Ukraynada uduzduca Çinin dəstəyinə daha çox bel bağlamaq istəyir. Baş tutacaq Özbəkistan görüşündən Rusiya prezidentinin yeni ümidləri var. Amma vəziyyətin Rusiya əleyhinə dəyişməsi Çinin Moskvaya dəstəyini məhdudlaşdıra bilər.
Ceyhun MİRZƏLİ