Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkənin hərbi istehsalına ciddi təsir edib. Baki-xeber.com “Unian”a istinadən bildirir ki, Rusiyada hərbi müəssələrdə artıq 12 saatlıq növbəli iş rejiminə keçirilib. Təcavüzün yeddinci ayında Rusiya öz hərbi səylərini genişləndirmək istəyir. Bunu “Bloomberg” məlumat verir. Nəşrin yazdığına görə yeni iş rejimi hərbi istehsalı düşmüş ölkəni çətin durumdan çıxarmağa kömək edə bilər. Hər halda Rusiya rəsmiləri bu cür düşünürlər. Ukraynadakı ard-arda məğlubiyyətlər fonunda hərbi müəssələr şənbə günü də səkkiz saatlıq rejimdə işləyəcəklər. “Oxford Econimics”ə görə atılan bu addım istehsalın müvəqqəti dirçəlməsinə səbəb ola bilər. Lakin Rusiya ordusu vacib texnologiya və komponentlərdən məhrum olduğuna görə ciddi irəliləyiş mümkün deyil. Ukraynada bundan da dağıdıcı müharibə olarsa Moskva öz hərbi potensialına arxayın deyil.
Ceyhun MİRZƏLİ