Gürcüstan hakimiyyəti Rusiyya qarşı ikinci cəbhə aça bilər. Lakin birinci növbədə bunun üçün referendum keçirilməlidi. Baki-xeber.com “RBK Ukrayna” ya istinadən bildirir ki, Gürcüstan elləri partiyasının rəhbəri İrakli Kobaxidze söyləyib. İ.Kobaxidze fikirlərini belə ifadə edib: “Biz referendum keçirib xalqdan soruşa bilərik ki, onlar Gürcüstanda ikinci cəbhənin yaradılmasını istəyirlərmi yoxsa Ukraynanın yüksək rütbəli şəxsləriylə razılaşan bizim mövqemizi müdafiə edirlər”. Qeyd edək ki, fevral müharibəsi başlayanda Gürcüstan özünün bitərəf mövqeyini ortaya qoyub. Ukrayna kəşfiyyatının məlumatlarına görə gürcü biznesmenlər rus oliqarxlarının sanksiyalardan qorumağa çalışırlar. Gürcüstanda vaxtaşırı Ukraynanı açıq dəstək göstərmək çağırışları edilir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə ikinci cəbhənin əleyhinədir. O bu işin qondarma mahiyyətdə olduğunu bəyan edib.
Ceyhun MİRZƏLİ