ABŞ-la İran arasında nüvə məsələsində razılıq əldə oluna bilər. Baki-Xeber.com “Mehr Agency” ə istinadən bildirir ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahi Nigeriyalı həmkarı Geofreyy Onyeama ilə söhbətində bu barədə danışıb. H.Ə.Abdulahinin fikrincə razılaşma Amerikanın realist davranışından asılıdı. İranlı nazir təmsil etdiyi dövlətin güclü və davamlı sazişin imzalamasıda maraqlı olduğunu bildirib. Nazir ümid edir ki, Beynəlxalq Atom Enerji Agentliyi İrana qarşı siyasi ittihamlardan əl çəkəcək. Qeyd edək ki, bir neçə gün öncə Mossad rəhbəri İranın nüvə məsələləriylə bağlı Vaşiqntona getmişdi. Avropa İttifaqı ilə İranın nüvə danışıqları hələ ki, mübahisəli formatda keçirilir.
Ceyhun MİRZƏLİ