Moskvanın Ukraynaya fevral təcüvüzünün səbəblərindən biri də Kiyevin NATO-ya qoşulması ehtimalıyla bağlı idi. Baki-xeber.com “Unian” a istinadən məlumat verir ki, Ukraynanın NATO üzvlüyünə qoşulmaqdan imtina etməsi barədə şok iddia gündəmə gəlib. Bu məlumatı “Reuters” yayıb. Kremlin rəhbərlərindən biri olan Dimitri Kozakın Kiyevdən bu haqda təminat alması iddia olunur. D.Kozak prezident V.Putinə bu barədə məlumat verib. V.Putin isə bu sövdələşmədən imtina edərək müharibəni davam etdirəcəyini bildirib. Detalları bəlli olmayan sövdələşmə Rusiya prezidentini qane etmir.Putinin hədəfi ilhaqı genişləndirməkdir. D.Kozakın niyyətinin Rusiyanı genişmiqyaslı savaşdan uzaqlaşdırmaq olduğu bildirilir. Bu da səbəbsiz deyil. Ukrayna ordusunun dayanmadan Rusiya mövqelərinə hücumu rus qoşunlarını geri vurub qaytarır. Ehtimal ki, Ukraynanın NATO üzvlüyündən imtina etmək istəməsi siyasi gedişdir. Bu müvəqqəti xarakter daşıya bilər. Hər halda Kiyev savaşı dayandırıb, azad etdiyi yerlərdə möhkəmlənmək istəyir.
Ceyhun MİRZƏLİ