Artıq bir neçə aydır ki, Tayvan uğrunda ABŞ-Çin mübarizəsi davam etməkdə və artmaqdadı. Nensi Polosinin məlum səfəriylə ABŞ Tayvanı müdafiə etməkdə prinsipal olduğunu göstərdi. Baki-xeber.com “Al-Jazeera”ya istinadən bildirir ki, ABŞ-ın Pekinə qarşı planları bu dəfə çip, komputer və telefon sistemlərinə sanksiya tədbirlərindən ibarətdir. ABŞ –ın məqsədi Çinin texnologiya bazarındakı yerini daratmaqdan ibarətdir.Lakin Pekinə qarşı daha konkret hansı sanksiyaların tətbiq olunacağı bildirilmir. İkinci böyük sənaye və texnologiya mərkəzinə qarşı addımlar elə də asan olmayacaq Yeni qəbul olunacaq sanksiya paketi Çini Tayvan üzərindəki iddialarından kənarlaşdrmaq məqsədi daşıyır. Hər halda görünən mənzərə bundan ibarətdir. ABŞ Ticarət Departamentinin keçmiş məmuru Nazak Niktar bildirib: “ABŞ və mütəffiqlərinin Çinə qarşı sanksiyaları Pekinin dünya iqtisadiyyatına qarışması fonunda mürəkkəb görünür”. Təsadüfi deyil ki,Avropa İttifaqı rəsmiləri də Çinə qarşı sərt sanksiyalardan çəkiniblər. Çinin iqtisadi blokdakı rolunun yüksək olması bu çəkindirci mövqeyə gətirib çıxarıb. Xatırlatmaq yerinə düşər ki, kollektiv qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə onu Ukraynaya qarşı təcavüzdən çəkindirmək istəyirdilər. Lakin tamam tərsi baş verdi. Çinə qarşı atılan sanksiyalar barəsində də artıq Qərb strateqləri fərqli düşünməli olacaqlar.
Ceyhun MİRZƏLİ