Rusiyanın Ukrayna əməliyyatlarında İran dronları iştirak edib. Baki-xeber.com “Alarabi News”-a istinadən bildirir ki bu barədə Britaniya kəşfiyyatı məlumat verib. Böyük Britaniyanın ordusunun rəyinə görə Rusiya İranın ekipajsız hava gəmilərini ilk dəfə Ukraynayda yerləşdirib. Ukrayna Müdafiə Nazirliyi də həmçinin bildirib ki, “Şahid-136” pilotsuz təyyarəsi Xarkovun şimal-şərqində görünüb. ABŞ və Ukrayna Rusiyanı vaxtaşırı İran dronlarından istifadə etdiyini bildirir. Rəsmi Tehran isə bu ittihamı rədd edir. İranın BMT-dəki missiyası məsələni şərh etməkdən imtina edib. Müdafiə Nazirliyi sıradan çıxarılmış “Geran-2” dronun qalıqlarını nümayiş etdirib.Adı hələ bəlli olmayan növbəti dron qalıqları isə Xarkov yaxınlığında Kupiyansk rayonunda aşkarlanıb. Hərbi ekspretlər bildirirlər ki, rəsmi Moskva İran dronlarından kəşfiyyat və hərbi sursat kimi istifadə edir. ABŞ kəşfiyyatçıları hələ iyul ayında İranın Rusiyaya yüzlərlə dron bombalayıcısı verdiyini xəbərdarlıq etmişdilər.
Ceyhun MİRZƏLİ