Son Ukrayna hücumları olduqca təsiredicidi. Rusiya qüvvələri hələ cəbhədə tam məğlub olmasa da ciddi zərbələr alıb. Baki-Xeber.com “ERR News”-a istinadən bildirir ki, bunu ABŞ ordusunun keçmiş hərbçisi, analitik Ben Hodges söyləyib. Generalın fikrincə Rusiya ordusu dekabr ayında 23 fevral xəttinə çəkilməyə məcbur qala bilər. Onun fikrincə uğurların davamı həm də qərbin dəstəyindən asılıdı. B.Hodgesin düşünür ki, Rusiya belə şəraitdə beş il ərzində parçalana bilər. Bununla yanaşı B.Hodges Rusiyanın dağılmasının nüvə, enerji məsələrində böhrana gətirib çıxaracağını bildirib. Onun fikrincə hakimiyyət V.Putindən də arzuolunmaz şəxsin əlinə keçə bilər. Fikirlərini davam edən general: “Soyuq Müharibə bitəndə Sovet İttifaqının dağılmasına hazır deyildik. Bir çox ölkələr üçün bu çox yaxşı nəticələndi Rusiyanın daxilində bir çox proseslər başladı” B.Hodges Ukrayna ordusunun cənuba doğru irəliləyib Xarkovdan, Donestskdən ərazilər azad etməsini Rusiyanın iradəsinin qırılması kimi qiymətləndirib. Qışın yaxınlaşmasından bəhs edən general Ukrayna hərbiçilərinin şəxsən onlara qış geyimiylə bağlı onlara müraciət etdiklərini bildirib.
Ceyhun MİRZƏLİ