Rusiya Qərbin təzyiqinin öhdəsindən gəlir. Baki-Xeber.com “İzvestia” ya istinadən bildirir ki,V.Putin bazar ertəsi iqtisadi müşavirədə fikirlərini belə ifadə edib: “İqtisadi blitskreig taktikası onların ümid etdiyi nəticəni vermədi, bu artıq hər kəsə onlara da aydındır”
Rusiya prezidenti deyib ki,aparılan iqtisadi tədbirlər infilasiyanın qarşısını alıb iqtisadiyyatın tənəzüllünü durdurub. “Biz fəal şəkildə efektiv qoruyucu tədbirlər həyata keçirdik, sənaye sahələrinə, kiçik və orta biznesə dəstək verdik. Bundan öncə Rusiya baş naziri Mixail Mişustun də oxşar səpkidə çıxış etmişdi. Baş nazirin fikrincə Qərbin görünməmiş sanksiyaları Rusiyanın maliyyə sabitliyinə zərbə vura bilməz. M.Mişustinin dediyinə görə sanksiyalar şəraitində iqtisadi inkişaf üçün protiret tədbirlər həyata keçirilib. Qeyd edək ki, Ukrayna ordusu hazırda Rusiya mövqelərinə ciddi zərbə vurmaqdadır. Rəsmi Kiyev artıq bu günə olan məlumata görə Xerson vilayətinin daha beş yaşayış məntəqəsini azad edib. Bu hadisələr fonunda Rusiya rəsmiləri nikbin tonda çıxışlar edirlər.
Ceyhun MİRZƏLİ