Ukrayna ordusu Xersonda və Xarkov yaxınlığında planlaşdırılmış əməliyyat keçirir. Baki-xeber.com “ERR News”-a istinadən bildirir ki bunu Estoniya Müdafiə Qüvvələri Akademiyasının rəhbəri briqada generalı Vahur Karus deyib. General “Ukrayna studiyası” proqramındakı çıxışında deyib: “Uzun müddət ukraynalı hərbçilər Rusiyanın müxtəlif hərəkətlərinə cavab verirdilərsə, indi onlar təşəbbüsü öz əllərinə alıblar”. Onun bildirdiyinə görə Kiyevə verilən silahlar Rusiya ordusunu dağıtmağa başlayıb. “Son iki ayda gördük ki, ukraynalı hərbçilərə verilən maddi təchizat rus bölmələrini sıradan çıxarmağa xeyli kömək edir”. Generalın fikrincə indi Ukrayna ordusu ehtiyat qüvvələrdən istifadə edərək qarşı tərəfin zəif nöqtələrini vurmalıdı.
“Xerson və cənub ərazilər Ukrayna üçün çox vacibdir, çünki limanlar orada yerləşir. Cənubda rus qoşunlarının məğlub edilməsi o deməkdir ki, Ukrayna ordusu Sevastopoldakı Rusiyanın Qara dəniz donammasının mövcudluğuna təhlükə yaradacaq. Bununla da Rusiyanın Ukraynaya taxıl məsələlərində müdaxilə etməsi çətinləşəcək”. V.Karusus həmçinin deyib ki, cənuba hücum Ukrayna ordusu üçün çətin olub, çünki rus müdafiə xətti güclü təşkil olunub. Oraya hücum başladı. Daha sonra rus qoşunları haradan zərbə alacaqları bilmədən dillemaya düşdülər. Bu planlı hazırlanmış hücum idi. General son olaraq bildirib ki, indi Ukrayna ordusu azad etdiyi əraziləri əlində saxlamaq üçün yeni mərhələyə keçməlidir.
Ceyhun MİRZƏLİ