İsveçdə bazar günü keçirilən seçkilərdə ifrat sağçılar sosial-demokratlar üzərində üstünlük əldə ediblər. Baki-xeber.com “The National”a istinadən bildirir ki, sağ blok baş nazir Maqdelena Anderson üzərində üstünlük qazanıb. Lakin xanım baş nazir hələ ki ,bu barədə açıqlama verməyib. Seçki ilə bağlı yekun nəticələr hələ açıqlanmayıb. O baxımdan da nəticələrin dəyişə biləcəyi də iddia olunur. Ən son nəticə çərşənbə günü elan olunacaq.
Neo-nasisit mövqeyli demokratlar bu illər ərzində dövlət işindən kənarlaşdırılmışdılar. İndi isə onlar 21 faizlə ən yüksək nəticəni göstərirlər.Onların təşviqat kampaniyalarında mühacir məsələsi aktuallıq kəsb edib. İsveç demokratları mühacirlərə qarşı yaxşı proqram hazırladığına görə uğur qazana bilir. Demokratların lideri Cimmi Akesson müraciətində deyib: “Hazırda görünür hakimiyyət dəyişikliyi olacaq. Bizim hədəfimiz hakimiyyətə gəlməkdir”.
Qeyd edək ki, “Ərəb Baharı “ adlanan prosesdən sonra ərəb ölkələrindən xüsusən Suriyadan Avropaya mühacir axınları çoxalıb. Bu da Avropadakı sağ partiyaları narahat edir. Onlar zaman-zaman mühacirlərin qarşısının alınmasının tərəfdarı kimi çıxış edir. Sol partiyalar isə bu məsələlərdə mötədil mövqe tutur. Türkiyədə də Suriya qaçqınları ilə bağlı narahatlıq yaşanmaqdadı. Zəfər partiyasının sədri Ümid Özdağ türk cəmiyyətdə ən çox bu məsələni gündəmə gətirir. O partiyasının hakimiyyətə gələcəyi təqdirdə sayı 5 milyona çatan suriyalıların bir il ərzində Türkiyədən çıxaracağını bəyan edib.
Ceyhun MİRZƏLİ