Rusiyanın işğal etdiyi Zaporojiya vilayətinin Yevgeni Balitski rayonunda gözlənilən referendum təxirə salınıb. Baki-Xeber.com “Ukryanskya Pravda” ya istinadən bildirir ki,seperatçıların teleqram hesabında bu məlumat verilib: “Referendum Zaporojiya vilayətinin sakinlərinin təhlükəsizliyi baxımdan hazırlığı əldə olunandan sonra baş tutacaq”. Ukrayna ordusunun Zaporojiyaya əks-hücumu Rusiyanın bu addımları dayandırmasına səbəb olub. Seperatçılar referendumla bağlı guya bütün texniki məsələlərin həll olunduğunu bildirirlər. Onlar Rusiyanın vilayətdə olmasına görə özlərini rahat hiss etdiklərini bildiriblər. Seperatçıların hesablamasına görə vilayət əhalisinin 86 faizi Rusiyaya birləşməyi dəstəkləyir.
Ceyhun MİRZƏLİ