ABŞ dövlət katibi Entoni Blinken Kiyev səfərindən qayıdandan sonra NATO-nun mənzil-qərərgahına gəlib. Baki-Xeber.com” ABC NEWS”-a istinadən bildirir ki, E.Blinken Ukraynanın uğurlarını qeyd edib: “İlkin əlamətlər müsbətdir, biz Ukraynanın real irəliləyişini görə bilirik. E.Blinken bu qiymətləndirməni Ukraynanın Donbas üzərinə son hücumları fonunda bildirib. E.Blinkenin fikrincə müharibə müəyyən müddət də davam edə bilər. O bütün gərginliyə görə V.Putini ittiham edib. NATO-nun baş katibi Yens Stoltenberq indiki prosesin Rusiya işğalının ən kritik dövrə qədəm qoyması kimi qiymətləndirib. Y.Stolenberq Ukraynanın Donbasdakı rus hücumunun qarşısı aldığını bildirib. Lakin o bildirib ki, Ukraynanın mütəffiqlərinin münasibətləri enerji məsələlərinə görə sınaqdan keçə bilər. Baş katib Ukrayna ordusunu qışda generatorlar, çadırlar və digər avadanlıqlarla təmin etməyə çağırıb. E.Blinken də çətinliklərdən xəbərdar olduğunu söyləyib. Onun fikricə Kremlin aqresiyyası yüksəkdir, V.Putin mütəffiqlərin iradəsini sındırmaq istəyir. Bu baxımdan Rusiya prezidenti enerji məsələlərdən xüsusən istifadə edir.
Ceyhun MİRZƏLİ