Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də verdiyi əmrlə Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar davam edir.
Ölkənin bir çox yerində şiddətli toqquşmalar gedir, lakin Rusiya 7 aya yaxındır ki, nəzərəçarpacaq qələbəyə nail ola bilməyib. Faktiki olaraq ölkənin şərqində yerləşən Xarkovda 40 yaşayış məntəqəsi rus işğalçılarından təmizlənib. İşğal səbəbindən iqtisadi sanksiyalara məruz qalan Rusiyada müxalif səslər də yüksəlməyə başlayıb.
Sankt-Peterburqdan olan bir qrup müxalif deputat Putinə qarşı hərəkətə keçərək onu istefaya çağırıblar. Onlar bunun üçün 5 səbəb də açıqlayıblar – işçi qüvvəsinə ordudan daha yaxşı xidmət edəcək gənc, güclü rus kişilərinin məhv edilməsi, Rusiyanın iqtisadi tənəzzülü və beyin axını, Rusiya ilə sərhədini ikiqat artırmaq üçün Finlandiya və İsveçi də üzvlüyə qəbul edərək NATO-nun şərqə doğru genişləndirməsi və Ukraynadakı xüsusi hərbi əməliyyatın mənfi təsiri…
Saxlanan 4 deputatdan ikisinin polis tərəfindən sərbəst buraxıldığı bildirilir. Qeyd edilir ki, bütün üsyançı deputatların cərimələnəcəyi gözlənilir.
Qeyd edək ki, müxalif səsləri boğmaq üçün Putin fevralın sonunda “yalan” məlumatların yayılmasına görə, ciddi cinayət sanksiyaları tətbiq edən yeni qanun qəbul edib.
Tahir TAĞIYEV