Baki-xeber.com "DW" istinadən xəbər verir ki, bəyanat üç ölkənin sentyabrın 10-da apardıqları müzakirələrdən sonra verilib.
Bəyanatda deyilir ki, İran üç stansiyada uranın zənginləşdirilməsinə dair tam məlumatları MAQATE-yə verməkdən imtina etdiyi üçün İranla nüvə müzakirələri pozula bilər. Qeyd edilir ki, müraciətlərə baxmayaraq, İran bir neçə aydır beynəlxalq müfəttişlərlə əməkdaşlıq etmək istəmir.
Xatırladaq ki, 2015-ci ildə 6+1 formatında (ABŞ, Fransa, Rusiya, İngiltərə, Çin, Almaniya və İran) Birgə Hərtərəfli Fəaliyyət planı imzalayıblar. Plana görə, İranın daha artıq uran zənginləşdirməkdən imtinası müqabilində Qərbin İrana qarşı sanksiyaları yumşaldılacaq. 2018-ci ildə ABŞ sazişdən birtərəfli qaydada çıxdı, İran isə uranın zənginləşdirilməsinə yenidən başladı.
2021-ci ilin martından Planın icrasına yenidən qayıtmaq üçün İrana dair müzakirələr bərpa edilib. Lakin hələlik heç bir nəticə yoxdur...
Ramil Quliyev