Bu günlərdə Berlində Konrad Adenauer Fondu Avropanın gələcəyi ilə bağlı geniş videoformat müzakirələri keçirib.
Rusiya Ukrayna müharibəsində qalıb gəlsə, Polşanın aqibəti necə olacaq? Baltik ölkələri və Moldova nə ilə üzləşəcək? Bu kimi suallara dərin cavablar axtarılıb. Fondun baş katibi Muxail Tuler deyib ki, Rusiya qalib gəlsə, onu dayandırmaq mümkün olmayacaq. Konfransda Almaniya Xristian Demokrat İttifaqının sədri də sərt və konkret danışıb. "Fukuyama səhv edib. Tarixin sonu deyil. Ukraynaya hər cür yardım edilməlidir”. Doyçe Velle bildirir ki, Moldovanın prezidenti Maya Sandu ölkəsinin özü nə qədər ağır durumda olsa, da, Ukraynaya hər cür yardımı davam etdirəcəyini deyib.
Ramil Quliyev