BBC maraqlı məlumat yayıb. Xəbərə görə, son 10 ildə öz biznesini Britaniyaya köçürmüş rus milyarder German Xan Rusiyaya qayıtmağa məcbur olub.
Səbəb Rusiyaya qarşı Qərbin sanksiyalarıdır. Bu il martın 15-də Avropa Birliyi German Xana, Abramoviçə, Süleyman Kərimova və digər milyarderlərə sanksiya tətbiq etmişdi.
Qeyd edək ki, German Xanın varidatı 8 milyard dollara yaxın qiymətləndirilir.
Ramil Quliyev