Co Bayden mütəffiq ölkələrin başçıları ilə Ukraynaya yardımın genişlənməsi məqsədilə müzakirələr aparıb. Baki-xeber.com “Unian” a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan Pyer məlumat veryb: “Bu gün prezident mütəffiqlərlə Ukraynaya beynəlxalq dəstəyin güclənməsi, müdafiə, iqtsadi yardımın genişlənməsi ilə bağlı görüş keçirdi”. Videokonfrans iştirakçıları Rusiyanın enerji məsələlərindən silah kimi istifadə etməsini müzakirə ediblər. Avropanın dayanıqlı enerji təmini üçün əlavə addımlar da danışılıb. Tərəflər Ukraynaya dəstək üçün sıx əməkdaşlığın davam etdirilməsini qərara alıblar.
Ceyhun MİRZƏLİ