Avropa ittifaqının Rusiya qazına qarşı məhdudiyyət tətbiqi istəyi Macarıstanın narahatlığına səbəb olub. Baki-xeber.com “The National” a istinadən bildirir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto cümə günü açıqlamasında Aİ-nin Rusiya qazı ilə bağlı siyasətinin ölkəsinin maraqlarına zidd olduğunu bəyan edib. Ötən ay Lavrovla görüşən macar nazir 700 milyon kubmetr qazı Rusiyadan almaq istəyirdi. Buna görə də “Qazprom” Macarıstana qaz tədarükünü artırıb. Rusiya Macarıstanın qaz tələbatının əksərini yerinə yetirir. P.Szijiarto düşünür ki, müəyyənləşdirilən orta hədd Avropaya qaz tədarükünü dayandıra bilər. Qeyd edək ki, Aİ-nin energetika nazirləri cümə günü Rusiyanın Avropaya qaz tədarükünü azaltmağını müzakirə edəcəklər.
Ceyhun MİRZƏLİ