ABŞ İran şirkətinə sanksiya tətbiq edib. Baki-xeber.com “Ukrainskya Pravda”ya əsasən bildirir ki, səbəb Rusiyaya edilən pilotsuz təyyarə yardımıdı. Sanksiya üç şirkətə tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Rusiya bizim görünməmiş sanksiyalarımız qarşısında Ukraynaya qarşı müharibəni davam etdirmək üçün getdikcə daha çıxılmaz seçim edir. Birləşmiş Ştatlar olaraq Rusiyaya İrana qarşı sanksiyalarımızı davam etdirəcəyik. Ukrayna müharibəsində Rusiyaya kömək edən İran tərəfini də əlavə sanksiyalara məruz qoyacağıq. Nazirlik rəsmisi Brayan Nelson bildirib: “Biz İrana onun dron proqramlarına, kömək edən təchizatçıları da hədəfə almaqdan çəkinməyəcəyik. Yaxın Şərqdə İranın dəstəklədiyi terrorçuları təqib edəcəyik”.
Ceyhun MİRZƏLİ