Polşanın baş naziri Mateuş Moraviecki Kiyevə səfər edib. Baki-xeber.com “Ukrainskaya Pravda” ya istinadən bildirir ki, bu barədə Polşa parlamentinin spikeri Pyotr Müller məlumat verib. “Baş nazir M.Moraviecki Kiyevə gəldi. Bir neçə görüşü olacaq. Görüşlərdə beynəlxalq əlaqələr, enerji və təhlükəsizlik məsələr müzakirə olunacaq”. P.Müller səfərin mahiyyətinin Kreml üçün siqnal olduğunu bildirib: “Bu mürəkkəb vəziyyətdə Ukraynaya dəstəyimizi göstərəcəyik. Düşünürük ki, Rusiya bütün beynəlxalq qaydaları pozur. Ukraynanın müdafiəsi bizim təhlükəsizliyimizin müdafiəsidir”. Ukraynanın əks-hücumlarına münasibət ifadə edən polşalı rəsmi hərbi vəziyyətdə böyük dəyişikliyin olacağına inanmadığını bildirib.
Ceyhun MİRZƏLİ