Son bir neçə ay ərzində səhhətində problemlər yaşayan Böyük Britaniya Kraliçası II Elizabet vəfat edib. Məlumata əsasən, kraliça bu gün gündüz Balmoral qalasında dinc şəkildə vəfat edib.
Kraliça II Yelizavetanın böyük oğlu, Uels şahzadəsi 73 yaşlı Çarlz, anası 96 yaşında vəfat etdikdən sonra Britaniyanın yeni monarxı odub. Çarlz həm də Britaniya taxtına çıxan ən yaşlı varisdir. O, anasının ölümü anında kral oldu, çünki ənənəyə görə ölkədə monarxın olmamasına yol verilmir. O, III Çarlz adını alıb.