Rusiyanın fevral təcavüzündən sonra ABŞ dövlət katibi Entoni Blinken ikinci dəfə Kiyevə səfər edib. Baki-xeber.com “The Moskow Times”a istinadən bildirir ki, səfər zamanı Kiyevə 2.7 milyard dollarlıq hərbi dəstək təqdim edilib. A.Blinkeni müşayiət edən Amerika rəsmisi deyib: “Katib indi səfər etməyi çox istəyirdi, çünki indi Ukrayna üçün mühüm məqamdır”. Volodimir Zelenski çərşənbə günü Kiyevin Xarkov vilayətində bir neçə yeri aldığını bəyan edib. İşğal başlanandan ilk dəfədir ki Xarkovla bağlı bu xəbər gəlir. ABŞ müdafiə naziri Llyod Austin Almaniyadakı mütəffiqləri ilə görüşündə Ukrayna qüvvələrinin döyüş meydanındakı uğurunu alqışlayıb. Nazir 80 kilometr məsafədən Rusiya qüvvələrini vura bilən silahların Ukraynaya göndərildiyini məlumat verib. ABŞ Dövlət Departamentinin başqa bir rəsmisi bildirib ki, 2 milyardlıq yardım təkcə Ukraynaya deyil, Rusiyanı təhdid edən daha 18 ölkəyə də paylaşılacaq. Bundan öncə A.Blinken həmin yardımı təsdiqləyib. ABŞ-dan silah alacaq dövlətlərin içində Moldova, Gürcüstan, Baltikyanı ölkələr də var.
Ceyhun MİRZƏLİ