Keçmiş ABŞ prezidenti Donald Trampın Marqo-Laqodakı malikanəsindəki istintaqının müəyyən detalları açıqlanıb. Baki-xeber.com “9 News“ kanalına istinadən bildirir ki, malikanədə ən azı 325 unikal, məxfi sənədlər bərpa edilib. Demək olar ki, hər gün Marqo-Laqoda aparılan istintaqda bir yeni məlumat əldə olunur. Əldə edilən sənədlər yüksək səviyyədə klassifaksiya olunur. Məlumatlara digər şəxslərin müdaxilə etməməsi üçün SAP proqramından istifadə olunur. Müəyyənləşdirilən sənədlərdə nələrin olması bir çoxlarını maraqlandırır. Onlar nədən ibarətdir?
“The Washington Post” un yazdığına görə, 8 avqustda aşkar olunan sənədlərdə xarici ölkələrlə əlaqələr və nüvə məsələləri əks olunur. CNN-nin analitki Con Miller bu sənədlərin böyük strateji zərər verə biləcək xüsusiyyət daşıdığını demişdi. Lakin açıqlamalara baxmayaraq, Marqo-Laqodakı axtarışların siyasi nəticələri bəlli deyil. D.Trampın bu barədə sosial şəbəkədəki çıxışları dərin dövlətin sui-qəsd nəzəriyyələri ilə doludur. Təsadüfi deyil ki, keçmiş prezident Filadelfiyadakı çıxışında Ədliyyə Departamentinə və MKİ-ə iradlarını bildirdi.
Hakimiyyətdə olan demokratlar D.Trampa istintaq işini bəhanə edərək hücum edirlər. Buna görə də respublikaçıların əksəriyyəti Tramp işinin arxasınca gedir. Onlar demokratların Trampla bağlı qanunsuzluq etdiklərini düşünürlər. Bu zamana kimi ABŞ-da, D.Trampın özünün də dediyi kimi, heç bir keçmiş prezidentə qarşı belə kampaniya aparılmayıb.
Ceyhun MİRZƏLİ