Estoniya Müdafiə İnvestitsiyaları Mərkəzi Polşa Müdafiə Texnologiyaları kompaniyası ilə qısamüddətli müdafiə sistemləri yaratmaqla bağlı müqavilə imzalayıb. Baki-xeber.com “ERR News”-a istinadən bildirir ki, Estoniya Polşadan “MANPAD” müdafiə sistemini alacaq. Estoniya müdafiə naziri Hanno Pevkur əldə edilən razılaşmanın eston ordusunun müdafiə sistemində böyük irəlləyişə gətirib çıxaracağını söyləyib. Nazir fikirlərini davam etdirərək deyib: “Bu satınalma həm regional təhüləsizlik, həm də ikitərəfli əməkdaşlığımız baxımdan əlamətdardır”
Bu sistem səkkiz kilometrdən hədəfi vura bilir. Artıq Polşada, Ukraynada bu sistemlərdən istifadə olunur. Estoniya höküməti hava hücumundan müdafiə üçün bugünə kimi 103 milyon avro xərcləyib. Polşa ilə Estoniyanın birgə raket sınaqları həyata keçiriləcəyi də bildirilir. Qeyd edək ki, hər iki ölkə Rusiya təhdidinə məruz qalır. Atılan addımları qabaqlayıcı tədbir kimi də qiymətləndirmək olar.
Ceyhun MİRZƏLİ