Ermənistanın baş naziri Paşinyan Vladivostokda Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib ki, xeyli sayda rusiyalının Yerevana köçməsi normal haldır və Avrasiya İqtisadi Birliyi məhz bu məqsədlə yaradılıb. Ruslar maliyyə köçürmələrində problemlər olduğu üçün Yerevana köçürlər.
Forumda Putin də çıxış edib. Onun sözlərini ekspertlər və jurnalistlər Paşinyana cavab kimi dəyərləndiriblər. Putin deyib ki, ermənilər də öz növbəsində Moskvaya köçür, 2 milyon nəfər erməni köçüb. Moskvadan gedənlər isə artıq qayıdır, başa düşdülər ki, Rusiyada qalıb işləmək heç də dəhşətli deyil, indi Yerevana köçmüş insanlar əgər orada qalıb işləmək istəyirlərsə, buyursunlar.
Bunlar Putinin sözləri idi…
Ramil Quliyev