Albaniya öz hökümət saytına olan kiber hücumla bağlı İranla əlaqələrini kəsir. Baki-xeber.com the “The National” a istinadən bildirir ki, bu ölkənin baş naziri Esi Rama iyulda baş verən kiberhücumun nəticələri bilinəndən sonra iranlı diplomatların Albaniyadan çıxışına 24 saat vaxt verib. Baş nazir baş verən kiberhücumun məqsədini Albaniyanın rəqəmsal sistemlərini silmək, dövlət xidmətlərini iflic vəziyyətə salmaq kimi qiymətləndirib. Qeyd edək ki, iyulda Albaniyanın Manez şəhərində İran mühacirlərinin müxalif təşkilatı Xalq Mücahidlərinin sammiti baş tutmuşdu. Kiberhücum bu sammit ərəfəsində baş verib.
Ceyhun MİRZƏLİ