Rusiya Avropa İttifaqı qurumlarına olan məhdudiyyətləri genişləndirib. Baki-xeber.com “İzvestia “ya istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb. Məhdudiyyətlər, xüsusən Avropa İttifaqının ali hərbi rəhbərliyinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tətbiq edilib. Silah və texnika sahəsində fəaliyyət göstərən Avropa şirkətlərinə də sanksiyalar tətbiq olunub.
Rusiya Xarici İşlər Nazirliyinin bəyənatında iddia olunur ki, Kiyevə verilən hərbi dəstək Avropa qitəsini təhlükə altında qoyur. Rusiya tərəfi Donbasda vəziyyətin bu baxımdan çətinləşdiyini açıqca etiraf edib. Nazirliyin departamentin narahatlığı belə ifadə olunub: “Bu onu göstərir ki, Aİ Ukraynada və Avropada sülhə sərmayə qoymaq istəmir, onlar münaqişənin uzanması xəttini saxlayırlar”. Nazilrlik həmçinin məhdudiyyətlərin Rusiyanın fiziki və hüquqi şəxslərinə yönələn sanksiyalara cavab olduğunu bildirib.
Ceyhun MİRZƏLİ