Avropada qaz tədarükü böhranı davam etməkdədir. Baki-xeber.com “The National” a istinadən bildirir ki, “Qazprom” şirkətinin sədr müavini Vitali Markelov yaxın zamanda Avropaya qaz nəqlinin olmayacağını açıqlayıb. V.Markelov bunun səbəbinin “Siemens Energy” nasaz avadanlığının təmiri ilə bağlı olduğunu deyib. Məlum şirkətdən bildirilib ki, hələ “Qazprom” tərəfindən təmirlə bağlı göstəriş verilməyib. Əslində isə Avropaya qaz nəqlinin dayandırılması siyasi xarakter daşıyır. Rusiya tərəfi Ukraynaya dəstək olan Avropa dövlətlərini qışda qaz sınağı ilə üz-üzə qoymaq istəyir.
Ceyhun MİRZƏLİ