Rusiya və Çinin davranışları qarşısında Avstraliya nüvə hücumundan müdafiəyə hazırlaşır. Baki-xeber.com “9 news” kanalına istinadən bildirir ki, bu barədə Avstraliyanın “Strateji Siyasi İnistutu”nun bəyanatında qeyd olunur. İnstitutun professoru Paul Dibb belə düşünür ki, Avstraliya Rusiya və Çin üçün nüvə hədəfi kimi görünə bilər. Siyasi şərhçi P.Dibb hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin ağır nəticələri hələ qarşıdadır. Onun fikrincə, Rusiya zəiflədilsə də bu ölkə tərəfindən Sakit okean üçün də təhlükə var. P.Dibb V.Putinin nüvə silahı ilə bağlı açıqlamalarına görə də narahat olub. Professor həmçinin ABŞ-ın şimalındakı “Pine Gap” hərbi bazasının mövcudluğundan bəhs edib. Bu hərbi baza Soyuq Müharibə dövründə tez-tez SSRİ-nin hədəfində olub. Çin Tayvana hücum edəcəyi təqdirdə bu bazanın müharibəyə qoşulacağı gözləniləndir. P.Dibb bu bazanın Sakit okeanda stabilliyi qorumaq gücündə olmasını qeyd edib.
Ceyhun MİRZƏLİ