Tədarükün azalacağı ilə bağlı gözləntilər fonunda neftin qiyməti artıb.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçersləri 0,27 % bahalaşaraq 93,06 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,25 % artaraq 1 bareli 87,09 ABŞ dolları təşkil edib.
Bu gün səhər saatlarında neft 1%-dən çox ucuzlaşıb. Lakin gün ərzində qiymətlər artmağa başlayıb.
Müsbət dinamikaya Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın onun üçün qiymət məhdudiyyətləri tətbiq edəcək ölkələrə neft tədarükünü dayandıracağı barədə bəyanatı səbəb olub.