Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin silahla təmin olunmasına mane olur. Baki-xeber.com “RBK Ukraina”ya istinadən bildirir ki, Rusiya Şimali Koreyadan milyonlarla artilleriya və raket mərmisi alıb. Moskvanın addımı məcburi xarakter daşıyır. “RBK Ukraina” bu məlumatları “The New York Times”a istinadən yayıb.
ABŞ kəşfiyyatının məlumatına görə, bu, Rusiyanın İrandan silah almasından bir neçə gün sonra baş verir. ABŞ rəsmiləri bu silahlarda texniki proplemlərin olduğunu bildiriblər. Birləşmiş Ştatlar məxfi olmayan məlumatları paylaşıb. Belə ki, Rusiya yaxın mənzilli raketlərlə yanaşı Şimali Koreyadan gələcəkdə başqa silahlar da almaq niyyətindədir. Müharibə Araşdırmaları İnistutunun rəhbəri Meyson Klark vəziyyəti belə qiymətləndirib: “Kreml narahat olmalıdır ki, Şimali Koreyadan nəsə almaq məcburiyyətindədir”.
Rusiyanın Ukraynaya təcavüzündən öncə Ağ Ev Moskvanın kəşfiyyat məlumatları üzərindəki məxfiliyi götürdü. ABŞ bu məlumatları əvvəlcə özəl, daha sonra açıq şəkildə müttəfiqlərinə açıqlamağa başladı.
“The New York Times” da həmçinin qeyd olunub ki, Rusiyaya qarşı olan sanksiyalar hələ bu ölkəyə sarsıdıcı zərbə vurmayıb. Ayrı-ayrı rus oliqarxlarına qarşı sanksiyalar Putin hakimiyyətinə təsir etməyib. Rusiya ordusunun özünü yenidən qurmaq qabiliyyətinə gəlincə isə, bu mümkünsüzdür. ABŞ və Avropa sanksiyaları Rusiyanın silah istehsal etmək üçün elektronika almaq imkanlarını məhdudlaşdırıb.
Ceyhun MİRZƏLİ