Britaniyanın yeni baş naziri Rusiya təcavüzünə qarşı sərt mövqe tutur. Baki-xeber.com “ERR News”-a istinadən bildirir ki, bunu Estoniyanın Böyük Britaniyadakı səfiri Vilar Lubi söyləyib. Səfirin sözlərinə görə, İngiltərənin Rusiyaya qarşı xarici və müdafiə siyasətində dəyişiklik olmayacaq. Qatıldığı televiziya verlişində V.Lubi fikirləriniə belə davam edib: “Liz Truss güclü ambisiyası, hədəfi olan siyasətçidi. Onun xarici işlər naziri olduğu vaxt yüksək mövqeyi və siyasi səviyyəsi aydın görünürdü. Bugünkü qərar onun nailiyyətidi. Onun Rusiya təcavüzü ilə bağlı kifayət qədər sərt baxışları var”. Liz Truss baş nazir kimi ilk telefon zənginin Volodimir Zelenskiyə olacağını bəyan edib. Bu da İngiltərənin Rusiyaya qarşı sərt siyasətinin dəyişməyəcəyinin siqnalı sayıla bilər.
Ceyhun MİRZƏLİ