Biz müharibədəyik. Bu müharibə Putinçi Rusiya ilə ona tələ quran Qərb arasında gedir. Estoniya da bura daxildir. Baki-xeber.com “ERR News “–a istinadən bildirir ki, bunu Estoniyanın keçmiş Ədliyyə naziri Maris Luri bildirib: “24 fevralda Ukraynaya hərbi müdaxilə olanda Avropada yenidən müharibə alovlandı. Rusiya təkcə Ukrayna ilə müharibəni reallaşdırmadı. Rusiyanın dünya cəmiyyətlərilə bağlı təsəvvürləri yanlış yerə bağlanır. Ona görə də Rusiyanın uğur qazanması mümkün görünmür”. Keçmiş nazir Rusiyanın böyüklük anlayışının dərin şovinizmə əsaslandığını bəyan edib.
“Rusiya öz təbliğatını heç bir aydınlıq gətirmədən həyata keçirir. Ona görə də Qərbdə ruslar ağılsız görünürlər. Lakin Rusiya Qərbi ciddi qəbul edir. Məqsəd “doğma rus ərazilərini” öz tərkibinə qatmaq və dünyanı ABŞ-la öz arasında bölməkdi. Lakin Moskvanın iddiası artıq keçmiş Sovet ərazilərindən də kənara çıxır. Biz Rusiyanın keçmişdə deportasiya, bütöv ölkələrin, xalqların məhv edilməsi siyasətinin şahidi olmuşuq. Estoniya və qonşu ölkələr olaraq Ukraynada Mosvanın nə etdiyini yaxşı görürük” - keçmiş nazir M.Luri fikirlərini belə tamamlayıb.
Ceyhun MİRZƏLİ