Almaniya kansleri Olaf Şolts Ukraynanın ağır silahlarla bağlı tələblərini rədd edib. Baki-xeber.com bildirir ki, “Unian” Almaniya “Welt” nəşrinə əsasən bu barədə məlumat verib. Kansler ölkəsinin “Leopard 1” və “Leopard 2” silahlarının Ukraynaya tədarükükndən danışıb. Ukraynanın irəliləyiş şanslarının az olmasını hesab edən kansler “Leopar 2” ni təhvil verməyə tərəddüd edir. Alman nəşri belə yazır. Kiyev höküməti isə tankların tədarükü barədə danışıqlar aparır. Kraus Maffei Wegmann şirkəti isə Ukraynaya 1.55 milyad avro dəyərində 100 tank tədarük etməyə hazırdır. Lakin şirkət hələ alman hökümətinə ixrac ərizəsi göndərməyib.
Ceyhun MİRZƏLİ