İsrail kəşfiyyatı MOSSAD-ın rəhbəri David Barne bazar ertəsi ABŞ-a səfər edir. Baki-xeber.com “The National” a istinadən bildirir ki, səfərin əsas məqsədi İranın nüvə proqramı ilə bağlıdır. D.Barnenin məqsədi İranın nüvə proqramı ilə bağlı ABŞ-la təhlükəsizlik əlaqələrini gücləndirməkdir. Qeyd edək ki, ABŞ İranla nüvə məsələlərində anlaşmaq istəyir. Bundan əsas narahat olan tərəf İsraildir. Səfərdə, həmçinin, Livanla olan dəniz sərhədindəki problemlər də müzakirə olunacaq. Gündəlikdəki digər məsələlər barədə isə məlumat verilməyib.
Ceyhun MİRZƏLİ